“Müasir təlim texnologiyalarından istifadənin əhəmiyyəti və onun keyfiyyətə təsiri” mövzusunda təlim keçirilib

24.10.2025-cü il tarixdə Gəncə Dövlət Universitetində Təhsilin pedaqogikası və metodikası kafedrasında “Müasir təlim texnologiyalarından istifadənin əhəmiyyəti və onun keyfiyyətə təsiri” mövzusunda təlim keçirilib.

Təlimdə kafedranın professor-müəllim, tədris-köməkçi heyəti və maraqlı tərəfin nümayəndələri iştirak ediblər.

 Təlim Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dosent Allahverdi Quliyev və müəllim Xəyalə Mustafayevanın təqdimatında müasir təlim texnologiyalarından istifadənin müqaisəli təhlili, mənimsəməyə təsiri, tətbiqi prosesində qarşıya çıxan çətinliklər, onların həlli yolları, güclü və zəif cəhətləri, tələbə auditoriyasının maraq və tələbatlarının nəzərə alınmasının imkan və yolları geniş müzakirə edilib.  

İştirakçıların sualları  elmi-metodiki cəhətdən izah olunub. Sonda kafedrada  təlimlərin davam etməsi və iştirakçıların könüllülük prinsipi əsasında iştirakına maksimum şərait yaradılması qərara alınıb.