“NORMATİV SƏNƏDLƏR BAZASININ ÖYRƏNİLMƏSİ VƏ TƏTBİQ EDILMƏSİ” MÖVZUSUNDA NÖVBƏTİ TƏLİM BAŞ TUTUB

16 may 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin Tədris departamentinin Tədrisin təşkili və idarə olunması sektorunun təşkilatçılığı ilə “Normativ sənədlər bazasının öyrənilməsi və tətbiq edilməsi” mövzusunda növbəti təlim keçirilmişdir.

Təlimdə universitetin professor-müəllim və tədris-köməkçi heyəti iştirak edib. Tədbir zamanı ali təhsil müəssisəsinin əsasnaməsi barədə iştirakçılara geniş məlumat təqdim olunub və sənədin məzmunu ətraflı təhlil edilib.

Mövzu ilə bağlı aparılan müzakirələr zamanı iştirakçıların sualları cavablandırılıb. Təlimin sonunda iştirakçılar üçün praktiki tapşırıq yerinə yetirilib ki, bu da onların mövzu üzrə nəzəri biliklərini tətbiq etmələrinə imkan yaradıb.

Bu cür təlimlər tədrisin təşkili ilə bağlı normativ bazanın dərindən mənimsənilməsi və təcrübədə tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti