“NORMATİV SƏNƏDLƏR BAZASININ ÖYRƏNİLMƏSİ VƏ TƏTBİQ EDİLMƏSİ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

12 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin II tədris binasında Tədris departamentinin Tədrisin təşkili və idarə olunması sektorunun təşkilatçılığı ilə “Normativ sənədlər bazasının öyrənilməsi və tətbiq edilməsi” mövzusunda təlim keçirilib.

Təlimdə universitetin müvafiq kafedralarının professor-müəllim heyəti və tədris-köməkçi heyəti iştirak edib. Təlimin əvvəlində iştirakçıların mövzu üzrə mövcud bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə test tətbiq olunub. Ardınca iştirakçılara normativ hüquqi sənədlər bazası haqqında ətraflı məlumat təqdim olunub. Təlimin davamında mövzu ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Bu cür tədbirlər universitetdə tədris prosesinin keyfiyyətinin artırılması və normativ sənədlərlə işləmək bacarıqlarının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti