“NORMATİV SƏNƏDLƏR BAZASININ ÖYRƏNİLMƏSİ VƏ TƏTBİQ EDİLMƏSİ”NƏ DAİR TƏLİMLƏR YEKUNLAŞIB

23 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tədris departamentinin Tədrisin təşkili və idarə olunması sektorunun təşkilatçılığı ilə “Normativ sənədlər bazasının öyrənilməsi və tətbiq edilməsi” mövzusunda silsilə təlimlərin sonuncusu keçirilib.

Təlimdə universitetin professor-müəllim və tədris-köməkçi heyəti iştirak edib. Bu mərhələdə əsas diqqət proqram akkreditasiya qiymətləndirilməsinə dair Akkreditasiya Komissiyasının müəyyən etdiyi meyarların təhlilinə yönəlib. Təqdim olunan sənədlər ətraflı şəkildə izah olunaraq geniş müzakirələr aparılıb.

Təlimin sonunda iştirakçılar üçün yekun qiymətləndirmə məqsədilə test keçirilib və onların mövzu üzrə əldə etdikləri biliklər yoxlanılıb. Eyni zamanda iştirakçıların verdiyi suallar cavablandırılıb.

Bu silsilə təlimlər Gəncə Dövlət Universitetində tədrisin keyfiyyətinin yüksəldilməsi, normativ sənədlərlə işləmə bacarığının artırılması və ali təhsildə idarəetmə sahəsində peşəkar yanaşmanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti