Növbəti ağacəkmə aksiyası keçirilib

Gəncə Dövlət Universitetinin tədris korpuslarının və Tələbə Yataqxana binasının həyətində ağacəkmə aksiyası keçirilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, professor-müəllim heyəti və tələbələrin böyük ruh yüksəkliyi ilə qoşulduğu aksiyada 100 ədəd şam ağacı tingi əkilib. Yeni əkilən ağac tingləri suvarılıb və onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti