NÜMUNƏVİ SINAQ DƏRSLƏRİ

24 aprel tarixdə Məhəmməd Hadi adına 10 saylı  tam orta məktəbdə Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinin pedaqoji təcrübədə olan informatika müəllimliyi ixtisasının III  kurs tələbəsi Gülnur Əliyevanın   ikinci sinifdə açıq dərsi oldu. Maraqlı odur ki, Azərbaycan bölməsində təhsil alan Əliyeva Gülnur Rəhman qızı  rus dilində təhsil alan şagirdlər qarşısında öz qabiliyyətini və savadını nümayiş etdirirdi.
“Mətnlərin formatlaşdırılması” mövzusuna həsr edimiş sınaq dərsi uğurla başa çatdı. Tələbə müasir dərsə verilən tələblərdən çıxış edərək, təlimin effektli üsullarına əl atmaqla nümunəvi bir dərsin reallaşmasına nail oldu. Şübhə yox ki, Gülnur Əliyevanın belə bir müvəffəqiyyətində pedaqoji  təcrübə rəhbəri İnformatika kafedrasının dosenti Gülmirə Verdiyevanın xüsusi zəhməti var.
Sınaq dərsində iştirak edənlər-Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədov, Riyaziyyat-informatika fakültəsinin dekanı dosent Oruc  Hüseynov, Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, İnformatika kafedrasının müdiri  dosent Əkrəm Aslanov, məktəbin direktoru Şahin Əzizzadə,, sinif rəhbəri  Aynur Əliqızı və fənn müəllimi Şəhla Həsənova tələbənin açıq dərsindən razı qaldıqlarını bildirdilər.

Həmin gün ikinci nümunəvi sınaq dərsi Nigar Rəfibəyli adına 43 saylı tam orta məktəbin 9-cu sinfində keçirildi. Xarici dillər fakültəsinin ingilis dili müəllimliyi ixtisasının III kurs tələbəsi Quliyeva Nüşabə Cəmşid qızı  “Azərbaycanın qədim memarlıq abidəsi. Şəki” mövzusunda sınaq dərsi ilə bir daha gələcək nəsil üçün savadlı mütəxəssislərin yetişdiyini nümayiş etdirdi.
Sınaq dərsində proyektordan istifadə, dərsin izahatı ilə bağlı plakatlardan və əyani vasitələrdən istifadə, dərsin kurrikulum təlim sisteminə uyğun aparılması iştirakçılarda müsbət rəy yarartdı. (   ŞƏKİLLƏR 2015-04 yazılan 4 şəkil xarici dil)

Fakültəı dekanı dosent Əjdər Əsgərovun, Təcrübə və karyera şöbəsinin əməkdaşlarının, müəllimlərin fikrinə görə tələbə özünü olduqca sərbəst aparmış, şagirdlərə fikrini aydın, dolğun, məntiqi çatdıra bilmişdir. Bu isə hər şeydən əvvəl yeni dərsin asanlıqla mənimsənilməsinə imkan yaratmışdır.