“ÖZÜNÜ KƏŞF ET” TƏLİMİ KEÇİRİLDİ


11 mart 2015-ci il tarixdə Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə növbəti təlim keçirildi. Təlimi giriş sözü ilə açan Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov “Özünü kəşf et” mövzusunda təşkil olunan bu təlimin  gənclərin dünyagörüşündə, konkret məsələ ilə bağlı maariflənmələrində önəmli olduğunu bir daha vurğuladı.
Tədbirə beynəlxalq təlimci Kamran Məmmədov dəvət olunmuşdur. Az bir vaxtda təlimçi  “Özünü kəşf et. Öz fərqindəlik. Fərdi İnkişaf. Motivasiya. Münasibətlərin gənclərin həyatına və fərdi inkişafına təsiri” haqqında etdiyi söhbətlərlə dinləyicilərdə ciddi maraq yaratmağa nail oldu.
Təlim əsnasında mövzularla bağlı maraqlı oyunlar və komandalar yaradılıb fərdi inkişafın dərk edilməsinə yardımçı  suallar  əsasında yarışlar təşkil oldundu. Maraqlı keçən təlim tələbələrdə xoş təəssürat yaratdı.