Pedaqoji fakültənin akademik heyətinin nəzərinə

Gəncə Dövlət Universitetində həyata keçirilmiş sonuncu akkreditasiyaya aid Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə 2024/2025-ci tədris illəri ərzində icra ediləcək tədbirlərə dair hazılanmış Fəaliyyət Planında həyata keçirilməsi istiqamətində “İbtidai sinif müəllimliyi ixtisası üzrə tədris prosesində iştirak edən professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması” üçün 2025-ci ilin may ayı ərzində yerli və beynəlxalq mübadilə proqramlarında iştirakına dair təlim həftəsi baş tutacaqdır.

Məlumat üçün bildiririk ki, təlim Universitetin Pedaqoji fakültəsinin akademik heyəti üçün nəzərdə tutulmuşdur. Qeyd olunan təlim Universitetin II tədris binasında keçirilməsi planlaşdırılır. Təlimlərin yekununda iştirakçılar sertifikatla təltif olunacaqlar.