“Plagiatla mübarizənin təhsil sahəsində tətbiqi” mövzusunda seminar keçiriləcək

Gəncə Dövlət Universitetinin tərəfdaşlıq etdiyi Plagiat.pl şirkətinin biznesin inkişafı üzrə meneceri Rzazadə Fəridə tərəfindən “Plagiatla mübarizənin təhsil sahəsində tətbiqi” mövzusunda seminar keçiriləcək. Seminarda iştirakçılara plagiatın elmi tədqiqat işlərində yaratdığı problemlərdən və ondan necə yayınmaq barədə ətraflı məlumat veriləcək.

Seminar 10 aprel 2025-ci il tarixində saat 14:00-da GDU-nun V tədris binasının akt zalında baş tutacaq.