Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Ermənistanın iç üzünü bir daha açdı

Məlum olduğu kimi Ermənistan qisas almaq cəhdlərindən vaz keçmir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Məğlubiyyət onların otuz ildir davam edən “yenilməz ordu”, “əsgər və komandirlərin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər.Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsidir. Ötən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə ərazidə iqlim şəraiti əlverişsiz idi. Qar əriməyə cari ilin may ayında başladı və dərhal Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı. Sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, ordumuz dövlət sərhədində mövqe tutdu.Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Bütün təhlükələr dərhal aradan qaldıracaqdır.Ermənistan rəhbərliyindən heç bir cavab verilməyib. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir.Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. Ermənistan öz əsassız bəyanatları ilə danışıqlar prosesini məhv etdi. İndi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Ümid edirik ki, Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər.Hazirda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində görüşlər davam edir. Bu işçi qrupun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olub. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var. Avtomobil yolunun açılmasının qaçılmaz olduğuna dair aydın təsəvvürlər mövcuddur. Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimi müzakirə olunur. Hava məkanı artıq aktivləşib. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb. Avropa İttifaı Şurasının Przidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün zəminin yaradılmasına çoxlu töhfə verir. Prezident Mişelin bu yay regiona səfəri çox məhsuldar olub. Hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılması ilə bağlı olan təşəbbüs də işləyir. Avropa Komissiyası Cənubi Qafqazda sabit mühit və gələcəkdə üç Cənub Qafqaz ölkəsi arasında qarşılıqlı əlaqənin üçtərəfli formatı üçün şərait yaratmağa istəkli və hazırlıqlı olduğunu açıq-aydın göstərir.Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Azərbaycan müharibədə qalib gəlib və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir.Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasından keçir. Bu istiqamətdə ictimai rəy formalaşdırılmalıdır.Bildiyimiz kimi Rusiya və Avropa İttifaqı əsas beynəlxalq oyunçulardır. İki ölkə arasındakı münasibətlərin normallaşması üçün Rusiya və Avropa İttifaqı həqiqi istəyini nümayış etdirir. Burada hər hansı rəqabət yoxdur. Uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər. Uzun illər davam edən işğaldan və düşmənçilikdən sonra beynəlxalq oyunçular prosesə birmənalı şəkildə dəstək nümayiş etdirməlidirlər.30 il ərzidə Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər. Ağdam mövcud deyil, Füzuli mövcud deyil, tamamilə yerlə-yeksan edilib. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insanın, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri var.Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. İndiyədək Azərbaycan 100-dən çox saxlanılan şəxsi azad edib. Cinayət törədənlər isə mühakimə olunublar. Bu cür proseslər Azərbaycan qanunvericiliyi çərçivəsində, ədalət və humanizm üzərində qurulmalıdır.İqtisadiyyatın şaxələndirilməsi, habelə neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində davamlı işlər görülür. Ümumi daxili məhsulun strukturunda neft və qaz amili 50 faizdən aşağıdır. Buna baxmayaraq, Azərbaycan neft və qaz sektoruna milyardlarla ölçülən sərmayə cəlb etdirir. XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verildi. Bu layihə üzrə ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Cari ildə artıq Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Gələn il 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qazın ixrac edilməsi planlaşdırılır. Rusiyanın Avropaya ixracı 100 milyardlarla kubmetr təşkil edir və bu rəqəm artmaqdadır. Azərbaycanın Avropaya qaz ixracı rəqabət təşkil etmir. Ölkəmiz üçün bu, bir kommersiya layihəsidir. Bu gün bütün boru kəmərləri və infrastruktur hazır olduğu üçün Avropa və digər ölkələrə qaz təchizatının əsas mənbəyi olan “Şahdəniz” yatağının daxili gəlirlilik dərəcəsi artıb. Azərbaycanın qazı Türkiyənin ehtiyacının 20 faizini və Gürcüstanın ehtiyacının təqribən 90 faizini təmin edir. Azərbaycanın qazı Avropaya nəql edildiyindən ölkəmiz Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcək.Effektivliyin səbəbi təkcə dronlarda deyil, çox dəqiq kəşfiyyat işləri aparılmışdır. Türkiyə və İsraildən olan dronlar inteqrasiya olunmuşdu. Kəşfiyyat dronları, kamikadze dronları və qırıcı dronlar effektiv şəkildə Ordumuz tərəfindən istifadə olunmuşdur. Azərbaycan Ordusu İsrailin hava hücumundan müdafiə sistemi və Rusiyanın hava hücumundan müdafiə sisteminə (S300) malikdir. Eyni zamanda Azərbaycan Ordusunda “BUK” tipli hava hücumundan müdafiə sistemi var. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir. Eyni zamanda, ölkəmizin hərbi təcrübəsinə maraq və bu təcrübəni öyrənmək istəyən ölkələrin sayı artıb.Rəsmi İrəvanın hərbi cinayətləri davam edir. Üç minə yaxın azərbaycanlı öz vətənləri uğrunda həlak oldu. Ermənistanda hökm sürən hərbi xunta 30 il ərzində 6 istehkam xətti qurmuş və minlərlə mina basdırmışdır. Yalnız müharibədən sonra Azərbaycanın 200 nəfər vətəndaşı minaya düşərək həlak olub və ya yaralanıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.