Qəhrəman Yüksəl Əlizadənin anası, GDU-nun kafedra müdiri Sevda Kazımovaya Fəxri fərman təqdim olunub

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov 44 Günlük Vətən Müharibəsində Qəhrəmanlıq zirvəsinə ucalmış Yüksəl Əlizadənin anası, Leksika və ölkəşünaslıq kafedrasının müdiri, dosent Sevda Kazımovanın uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyəti və yubileyi münasibəti ilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb və Fəxri fərman təqdim edib.

Sevda Kazımova ona göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti