“Qədim Azərbaycan memarlığının müasir şəhər quruculuğuna inteqrasiyası”
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Qədim Azərbaycan memarlığının müasir şəhər quruculuğuna inteqrasiyası” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz xatirəsi yad edilib.
Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək bildirib ki, qədim Azərbaycan memarlığının müasir şəhər quruculuğuna inteqrasiyası mövzusu yalnız memarlıq baxımından deyil, həm də milli-mədəni kimliyin qorunması və davamlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır.
Daha sonra GDU TGT-nin sədri İsrafil Abbasov çıxış edib . O Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən və gənclərin beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etməsindən danışıb.
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov, Fransız dili kafedrasının baş müəllimi Anar Həmidov çıxış edərək may ayında ölkəmizdə keçiriləcək Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyası haqqında ətraflı məlumat veriblər.
Tədbirdə Fizika və texniki fənlər fakültəsinin 2-ci kurs tələbəsi Ülviyyə Məmmədli “Qədim Azərbaycan memarlığı” və Filologiya və xarici dillər fakültəsinin 3-cü kurs tələbəsi Nərmin Abbasova “Müasir Azərbaycan memarlığı” mövzularında çıxış ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti








