“Qeyri-neft sektorunun dayanıqlığı: müasir çağırışlar və inkişaf perspektivləri” mövzusunda elmi konfrans keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində fakültə Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan “Qeyri-neft sektorunun dayanıqlığı: müasir çağırışlar və inkişaf perspektivləri” mövzusunda elmi konfrans keçirilib.
Konfransda Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, AHİK-in sədri Afaq Qasımova, fakültə dekanı Məsim Abadov, TEC sədri Lalə Ələkbərova, İqtisadiyyat kafedrasının müdiri Zakir Əhmədov, TEC-in elmi rəhbəri Könül Quliyeva, fakültə TEC sədri Güləsər və müəllim-tələbə heyəti iştirak ediblər.
Çıxış edənlər Ulu Öndərin dövlətçilik irsinin gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini qeyd edərək, tələbələrə elmi fəaliyyətlərində uğurlar arzulayıblar.
Konfransda məruzələr dinlənilib, həmçinin müsabiqə təşkil olunub. 18 gənc tədqiqatçının çıxışları müəyyən edilmiş xüsusi meyarlar (mövzunun aktuallığı, elmi yenilik, təqdimat bacarığı və sualların cavablandırılması) üzrə münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Gərgin və maraqlı keçən elmi müsabiqənin sonunda dörd nəfər tələbə qalib elan olunub. Qalib tələbələr mükafatlandırılıb.