QİYABİ FORMADA TƏHSİL ALAN I KURS TƏLƏBƏLƏRİ ÜÇÜN TƏDRİS MƏŞĞƏLƏLƏRİ BAŞLAYIB
2025-ci il 1 oktyabr tarixdə Gəncə Dövlət Universitetində qiyabi formada təhsil alan 1-ci kurs tələbələri üçün başlanğıc semestr üzrə tədris məşğələləri başlayıb. İlk dərs günündə Qiyabi şöbənin müdiri Elsevər Nağıyev tələbələrlə görüşüb və 2025/2026-cı tədris ilində universitetə qəbul olan gəncləri təbrik edib, onlara dərslərində uğurlar arzulayıb. Diqqətə çatdırıb ki, dərslərin yüksək səviyyədə təşkili, tələbələrin zəruri dərsliklərlə təminatı və imtahanların obyektiv, şəffaf keçirilməsi universitet rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır.
Sonra tələbələrə tədris prosesi və imtahan qaydaları barədə ətraflı məlumat verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti




