“ QIZIL ƏLLƏR ”-İN SƏRGİSİ
Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı yeni bir layihə həyata keçirmişdir. “Qızıl əllər” adlanan bu layihədə istedadlı tələbələrin üzə çıxarılması, onların bacarıqlarını nümayiş etdirmək nəzərdə tutulmuşdur. Bu məqsədlə 09 dekabr 2016-cı il tarixdə Gəncə şəhərində yerləşən əyləncə və ticarət mərkəzlərindən biri olan Aura parkda tələbələrin növbəti dəfə əl işləri və rəsm əsərlərinin sərgisi təşkil olundu. Sərgidə müxtəlif mövzulu rəsm əsərləri, hər biri özünəməxsusluq təşkil edən əl işləri Aura parka gələn tələbə və şəhər sakinləri tərəfindən böyük maraqla qarşılandı.
Tələbələrin əl işləri və rəsm əsərlərindən ibarət sərgilərin təşkili həmişə Tələbə Gənclər Təşkilatının diqqət mərkəzində olacaqdır.