Qurban bayramınız mübarək!

        Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bayramdır.

    Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. 

   Qurban bayramı  münasibətilə Gəncə Dövlət Universitetinin əməkdaşlarını və tələbələrini səmimi-qəlbdən təbrik edirik.

  Qurban bayramınız mübarək olsun!

REKTORLUQ