Qurban bayramınız mübarək!

Milli-mənəvi həmrəyliyin, xeyirxahlıq və mərhəmət duyğularının parlaq
təcəssümünə çevrilən bu əziz gündə Gəncə Dövlət Universitetinin kollektivini və bütün xalqımızı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs “Qurban bayramı” münasibətilə ürəkdən təbrik edir, dövlətimizə əmin-amanlıq, bolluq, rifah, ölkəmizin davamlı inkişaf etməsini, dualarımızın və kəsdiyimiz qurbanların qəbul olunmasını arzu edirəm. Qoy müqəddəs “Qurban bayramı” Sizə sevinc dolu günlər, möhkəm cansağlığı, xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.

Hörmətlə, Yusif Yusibov
Gəncə Dövlət Universitetinin rektoru