“REFRESH” layihəsinin promo kitabı ictimaiyyətə təqdim olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator,  Gəncə Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində yaşıl və dayanıqlı iqtisadiyyatın təkmilləşdirilməsi: bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması  – REFRESH” layihəsinin promo kitabı ictimaiyyətə təqdim olunub. Promo kitabda layihənin məqsədi, hədəfləri, iş paketləri, tərəfdaşlar haqqında əsas məlumatlar əks olunmuşdur. Kitabın əsas məqsədi layihənin məzmunu və fəaliyyəti haqqında ictimaiyyətə önəmli məlumatları ötürməkdir.

Promo kitabı aşağıdakı linkdən əldə etmək olar: https://refresh-erasmus.com/documents