Rus dili üzrə qramatik biliklərinin daha da artırılması məqsədilə növbəti təlim keçirilib

     

20 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Rus dili kafedrasının təşkilatçılığı ilə növbəti təlim baş tutub. “Feillərin zaman formalarını düzəldərkən yol verilən səhvlər” mövzusunda olan təlim kafedranın baş müəllimi Leyla Piriyeva tərəfindən aparılıb. Təlim interaktiv diskussiya, praktik tapşırıqlar və müzakirələr əsasında davam edib.

Mövzu ətrafında geniş məlumat verən təlimçi onu da diqqətə çatdırıb ki, əsas məqsəd müəllim heyətinin rus dili üzrə qramatik biliklərinin daha da artırılmasıdır.