“RUS DİLİNDƏ İSİMLƏRİN HALLANMASI” mövzusunda TƏLİM KEÇİRİLib
06 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin akademik heyəti üçün dörd moduldan ibarət olan “Rus dilində isimlərin hallanması” mövzusunda təlimin ilk mərhələsi baş tutub.
“Rus dilinin üç hallanma növləri ilə tanışlıq” mövzusunda olan ilk təlim Rus dili kafedrasının dosenti Sevda Əliyeva tərəfindən icra olunub.
Təlimin məqsədi rus dilində sözlərin tək və cəm halda istifadəsini və hallanma növlərini düzgün təyin etmək bacarığını inkişaf etdirmək olub.
Təlim interaktiv diskussiya, praktik tapşırıqlar və müzakirələr əsasında davam edib.