ŞAGİRDLƏRİN UNİVERSİTETLƏ TANIŞLIĞI
24 may 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasında Tələbə Gənclər Təşkilatının “Fikir çərşənbəsi” adlı yeni layihəsi əsasında bir neçə şəhər orta məktəb şagirdləri ilə görüş keçirilmişdir. Tədbirin əsas məqsədi şagirdləri universitetlə, onun müəllim kollektivi haqqında məlumatlandırmaq olmuşdur.
Tədbirdə Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorktor dosent Gülsüm Fətəliyeva, M.M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbin direktoru Əliağa Səfərəliyev, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev, İ. Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyin UBT rəhbəri Günay Seyfəddinova və şagirdlər iştirak etmişlər.
Dosent Pərvin Kərimzadə və dosent Gülsüm Fətəliyeva həyat və yaradıcılıqlarından, elmi-pedaqoji fəaliyyətlərindən, çətinliklərdən, uğurlarından bəhs etmişlər. Onlar şagirdlərə gələcək həyatlarında qorxmaz, məqsədli, mübariz olmağı arzulamışlar.
Prorektor Pərvin Kərimzadə universitetin tələbə həyatından, Tələbə Gənclər Təşkilatının gördüyü işlər barədə də bəhs etmişdir. Tələbələrin iştirak etdiyi Gənc sahibkarlığın inkişafı layihəsi əsasında keçirilən “ENAKTUS” , ZONA” , “Musiqi festivalı” və “Gəncə Avropa Gənlər Paytaxtı – 2016” adlı layihələr barədə şagirdlərə məlumatlar vermişdir.Eyni zamanda tələbələrin ictimai, təhsil sahəsində fəallığından, xarici ölkə ali məktəblərində təhsil almaq hüququ qazanmalarından nümunələr göstərmişdir.
2016-cı ilin fevralında Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovun şəxsi imzası ilə “Fəxri fərmanla” mükafatlandırılan Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədovun hazırladığı “Gəncə Avropa Gənlər Paytaxtı – 2016” , “Gənclik kuboku”, “İntelektual çempionat”, “Gəzintilər” , “Ekskursiyalar” , “Bakı Avrasiya TGT –la görüşü” , “Fan klub” , “Təlimlər” , “İnşa-yazı müsabiqəsi” , “Milli qəhrəmanların tələbələr arasında təbliği” , “Qızıl əllər” , “Sağlam gələcək, sağlam gənclik ilə gələcək” , “Şer müsabiqəsi” , tarixi günlərlə bağlı tədbirlər, “Tarixi şəxsiyyətlər” , uşaq evlərində təşkil olunan kurslar və uşaqlarla görüş” , “ 2016-ya gedən yol KİV-lə müsahibə” adlı keçirilən layihələrdən bəhs edən video çarx şagirdlərin hədsiz marağına səbəb olmuşdur.
Tədbirin sonunda prorektorlar dosent Pərvin Kərimzadə və dosent Gülsüm Fətəliyeva şagirdləri maraqlandıran sualları cavablandırmışlar.