“Sağlam gələcək, sağlam gənclik ilə gələcək!”

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı (GDU TGT) yeni bir layihənin icrasına başlayır. Bir ay müddətində (1 noyabr – 1 dekabr) davam edilməsi nəzərdə tutulan “Sağlam gələcək, sağlam gənclik ilə gələcək!” layihəsinin əsas məqsədi gənclərə sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlər, narkotik maddələr və psixotrop vasitələrin zərərini onlara aşılamaq, tələbələri QİÇS ilə mübarizəyə çağırmaqdır.

Ümumilikdə GDU-nun bütün tələbələrini əhatə edəcək layihədə mütəmadi təlim və mütəxəssisələrlə görüşlər keçiriləcək. 1 ay ərzində xüsusi təlim keçmiş 20 tələbə daha sonra universitetin digər tələbələri arasında aidiyyatı məlumat vəsaiti paylayacaqlar.

Qeyd edirik ki, layihənin sonununda 1 dekabr beynəlxalq QİÇS-lə mübarizə gününə həsr edilmiş konfrans keçiriləcək.

10714388_841278155912328_5741659153071920953_o