SİYASİ ANALİTİKLƏ GÖRÜŞ

07 fevral 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə V Bakı Beynəlxalq Humanitar Forum iştirakçısı, Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki, tarix elmləri doktoru Oleq Kuznetsovun iştirakı ilə nəşr etdirdiyi “XX əsrdə transmilli erməni terrorizmi: Tarixi-kriminoloji tədqiqat” adlı kitabın təqdimatı olmuşdur.

Təqdimatdan əvvəl siyasi analitiki Gəncə Dövlət Universitetinin rektoru professor Yusif  Yusibov və  Elm və innovasiyalar üzrə prorektor dosent  Pərvin Kərimzadə qəbul etmişdir.

Təqdimatda ilk öncə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısının müavini –İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, professor Sevda Qurbanəliyeva  Azərbaycan-Rusiya dostluğunun tarixindən və bu günkü iqtisadi, siyasi, mədəni əməkdaşlığından bəhs etmişdir. Oleq Kuznetsov isə  “XX əsrdə transmilli erməni terrorizmi: Tarixi-kriminoloji tədqiqat” adlı kitabının yazılma zərurətindən, məqsədindən, həmçinin  faktlar əsasında erməni terrorizminin yaratdığı bəşəri faciələrdən, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımından geniş söhbət açmışdır.

Elm və innovasiyalar üzrə prorektor dosent  Pərvin Kərimzadə siyasi analitik Oleq Kuznetsova erməni terrorizminə həsr etdiyi bu kitaba, real faktlara əsaslanaraq işğalçı erməni faşizminin insanlığa qarşı törətdiyi vəhşiliyi dünya xalqlarına çatdırdığına görə universitetin kollektivi adından xüsusi təşəkkürünü bildirmişdir.

Oleq Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi: Tarixi-kriminoloji tədqiqat” adlı kitabının təqdimatı dinləyicilər tərəfindən olduqca maraqla qarşılanmışdır.