SOS Uşaq Kəndində praktik-seminar məşğələləri uğurla davam etdirilir

Gəncə Dövlət Unversitetinin Pedaqoji fakültəsinin “Psixologiya” ixtisası üzrə III kurs tələbələrinin növbəti praktik-seminar məşğələsi SOS Uşaq Kəndində uğurla davam etdirilmişdir. Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, İstehsalat təcrübə rəhbəri Aygün Məhəmmədi, fənn müəllimi Elvira İsayeva, SOS uşaq kəndinin sosial işçisi Elnurə Yusibova və psixologiya ixtisasının III kurs tələbələri iştirak etmişlər. Elnurə Yusibova tələbələrə həssas qrupa aid olan, SOS uşaq kəndində yaşayan uşaqlar, onların davranışları, cəmiyyətdə formalaşmaları üçün görülən tədbirlərlə bağlı tələbələrə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, valideyn himayəsindən məhrum  uşaqlarla işləmək olduqca böyük zəhmət və səbr tələb edir.

Diskusiya şəklində keçirilən praktik –seminar məşğələsi zamanı tələbələr dərsin gedişindən razı qalmışlar. Tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti