“Sosial şəbəkələr və zərərli vərdişlər” mövzusunda elmi seminar keçirilib

            Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının təşəbbüsü ilə Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən “Sosial şəbəkələr və zərərli vərdişlər” mövzusunda elmi seminar təşkil edilib.

      Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

      Seminarda Pedaqoji fakültənin dekanı Zaur Hüseynzadə, Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova, GDU Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərova, Pedaqoji fakültə üzrə TEC-in  elmi rəhbəri Telli Cabbarova, Psixologiya kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak edib.

      Seminarda  tələbələrin  mövzu ətrafında məruzələri dinlənilib. Mövzu aktual olduğundan gənclərin böyük marağına səbəb olub.

       Sonda seminarda iştirak edən tələbələrə TEC tərəfindən sertifikatlar təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti