“Təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans təşkil ediləcək
23 – 24 may 2025-ci il tarixlərində Gəncə Dövlət Universitetində “Təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans təşkil ediləcək. Konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilir.
Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:
Ulu Öndər Heydər Əliyev və Türk dünyası:
- Heydər Əliyev – Elm və təhsilin inkişafı;
- Heydər Əliyev və türk xalqları ədəbiyyatı;
- Heydər Əliyev və türk milli mənəvi dəyərləri
- Türk dünyası: Strateji əməkdaşlıq, iqtisadi, siyasi və mədəni əlaqələr.
Qeyri-üzvi kimya:
- Koordinasion və supramolekulyar birləşmələr kimyası;
- Qeyri-üzvi materiallar;
- Nanostruktur materiallar;
- Metal üzvi birləşmələr kimyası.
Üzvi kimya:
- Üzvi sintez və üzvi materiallar;
- Polimer və kompozisiya materialları;
- Yaşıl kimya;
- Əczaçılıq və qida kimyası.
Fiziki və analitik kimya:
- Kimyəvi termodinamika və materialşünaslıq;
- Kataliz, reaksiya mexanizmləri;
- Elektrokimya. Analitik kimya;
- Ekoloji kimya.
Botanika:
- Bitki fiziologiyası və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi;
- Bitkilərin biokimyası;
- Bitki ekologiyası;
- Bioloji müxtəlifliyin qorunub saxlanılması və mühafizəsi;
- Bitkilərin təkamülü, seleksiya və biotexnologiya;
Ekologiya:
- Ekologiya və ekosistemin idarə edilməsi;
- Ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli və ekologiya mühəndisliyi;
- Su ehtiyatlarının mühafizəsi, idarə edilməsi, planlaşdırılması və modelləşdirilməsi;
- Havanın və torpağın çirklənməsi, monitorinq, modelləşdirmə, idarəetmə;
- Yaşıl enerji və davamlılıq;
- İqlim dəyişikliyi ilə mübarizə.
Anatomiya:
- İnsan və heyvan anatomiyası;
- Anatomiyanın tədrisi və terminologiyası;
- Hüceyrə və molekulyar anatomiya;
- Neyroanatomiya və neyrologiya;
- Embriologiya və inkişaf anatomiyası;
Fiziologiya:
- Ürək-damar sisteminin fiziologiyası;
- Sinir sisteminin fiziologiyası;
- Endokrinologiya;
- Elektrofiziologiya;
- Sitologiya və Histologiya.
Zoologiya:
- Heyvan genetikası;
- Heyvandarlıq;
- Məməlilər;
- Onurğalılar və onurğasızlar;
- Amfibiyalar və sürünənlər;
- Genetika-Epigenetika.
Fizika:
- Kondensasiya olunmuş maddə fizikası;
- Materialşünaslıq və onun tətbiqi;
- Riyazi fizika, astrofizika və tətbiqləri;
- Biofizika və tibbi fizika;
- Fizikanın tədrisi və tətbiqi.
Təhsil:
- Müəllim hazırlığı və peşəkar inkişaf;
- Öyrənmə-tədris texnologiyaları və üsulları;
- Ölçmə və qiymətləndirmə texnologiyaları və metodları;
- Təbiət və sosial elmlərin tədrisində yeni trendlər;
- Süni intellektin tədris və öyrənmədə verdiyi töhfələr;
- Elmi tədqiqatların tədrisə inteqrasiyası;
- Təhsil elmlərində fənlərarası yanaşmalar;
- Təhsilin idarə edilməsi.
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis.
İştirakla bağlı məlumat və məqalə elektron formada 30 aprel 2025-ci il tarixindən gec olmayaraqelm@gdu.edu.az ünvanına göndərilməlidir.
Konfransın təqvimi
Məqalələrin göndərilməsi üçün son tarix: 30 aprel 2025-ci il;
Çap olunmuş məqalələr məcmuəsinin paylanması: 22 may 2025-ci il;
Konfransın təntənəli açılış mərasimi: 23 may 2025-ci il;
Bölmə iclasları: 23-24 may 2025-ci il;
Konfransın bağlanış mərasimi: 24 may 2025-ci il.
Məqalənin tərtibi qaydaları
- Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1, mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
- Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis.
- Xülasə: Azərbaycan, türk, rus və ingilis dili.
- Konfransa tətqiqat xarakterli məqalələr qəbul olunur.
- Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
- Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].
- Məqalə tərtib qaydalarına cavab verməsə çap olunmayacaq.
Materialların strukturu:
- Məqalənin adı böyük hərflərlə – qalın şriftlə;
- Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi – qalın şriftlə;
- Təşkilat və şəhərin adı – adi şriftlə;
- Hər bir müəllifin adına bir məqalə olmalıdır. İkinci məqalə çap olunmayacaq.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək.
Məqaləyə görə bütün məsuliyyəti müəllif özü daşıyır.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ-2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.
E-mail: elm@gdu.edu.az, (+99422) 266 01 88.