Təcrübəçi tələbələrin orta məktəblərdə sınaq dərsləri uğurla davam edir
04.03 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin İnformatika müəllimliyi ixtisasının 4 kurs tələbələri Leyla Paşayevanın və Fidan Mahmudovanın Gəncə şəhər 11 saylı orta məktəbdə sınaq dərsləri olmuşdur. Dərslərdə GDU-nun əməkdaşları dos. Gülmira Verdiyeva , baş müəllimlər Elnurə Cuvarlinskaya, Natiqə Aslanova və Nailə İbrahimova, orta məktəbin informatika müəllimləri və təcrübəçi tələbələr iştirak etmişlər.
05. 03. 2026 – cı il tarixdə Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Nəzirə Əhmədovanın Gəncə şəhər 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseydə ədəbiyyat fənnindən sınaq dərsi təşkil olmuşdur.
Dərsdə GDU-nun Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazova, kafedranın müəllimi Aygün Yusubova və təcrübəçi tələbələr iştirak etmişdir.
11.03.2026-cı il tarixində Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli Xarici dil təmayüllü tam orta məktəbdə Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsinin 4-cü kurs tələbəsi Şəfa Allahverdiyeva Azərbaycan dili fənnindən “Ədat və onun növləri” mövzusunda sınaq dərsi keçmişdir. Dərsdə orta məktəbin 7-ci sinif şagirdləri və GDU-nun əməkdaşları dosent Aytən Əhmədova və baş müəllim Aytən Müşkiyeva iştirak etmişdir.
Tələbələrin dərsləri dinlənilmiş və dərsə hazırlıq səviyyəsi dəyərləndirilmişdir.










