Təcrübəçi tələbənin sınaq dərsi olub

Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika  fakültəsinin Riyaziyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Elmira Hüseynovanın sınaq açıq dərsi keçirilib. Sınaq açıq dərs Gəncə şəhər  28 nömrəli tam orta məktəbin 8-ci sinfinin şagirdlər üçün təşkil edilib. “Oxşar fiqurların sahələri” mövzusunda keçirilən sınaq dərsdə Gəncə Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, Riyaziyyat-informatika fakültəsinin dekanı, dosent Oruc Hüseynov, rəhbər müəllim dosent Esmira Cəfərli, orta məktəbin direktoru Esmira Qaraxanova, fənn müəllimi və təcrübəçi tələbələr iştirak ediblər.

     Sınaq açıq dərs müasir təlim metodlarına uyğun təşkil olunub, proyektordan səmərəli istifadə edilib. Dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırılıb, qarşıya   qoyulan  tələblər  tamamilə ödənilib.

   Sonda təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi tədbir iştirakçıları tərəfindən yaxşı qiymətləndirilib və təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti