TƏHSİL TƏLƏBƏ KREDİTİ FONDUNun ƏMƏKDAŞLARI tələbələRlə GÖRÜŞ KEÇİRMİŞDİR
Təhsil Tələbə Krediti Fondunun aparıcı mütəxəssisləri Günay Xəliova və Kifayət Lələzadə tələbələrlə görüş keçirmişdir.
Görüşdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və idarə olunması sektorunun müdiri, Təhsil Tələbə Krefiti Fondunun Universitet üzrə məsul nümayəndəsi Sevinc Quliyeva qonaqları salamlamış, dövlətin təhsil sahəsində həyata keçirdiyi layihələrdən danışmışdır. Bildirmişdir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsilin əlçatanlığını təmin etməkdir. O həmçinin qeyd etmişdir ki, bu imkan tələbələrin motivasiyasını artıracaq və təhsilin keyfiyyətinə də təsir göstərəcəkdir. Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən tələbələri arasında geniş maarifləndirmə işləri aparılmış, fond tərəfindən daxil olan məlumatlar vaxtında tələbələrin diqqətinə çatdırmışdır.
Təhsil Tələbə Krediti aparıcı mütəxəssisi Kifayət Lələzadə bildirmişdir ki, Universitet üzrə Təhsil Tələbə Krediti Fondunu fəaliyyətə başladığı dövrdən GDU fəal iştirak etmiş və kreditdən yararlanma səviyyəsinə görə qabaqcıl sıralardadır. Buna görə Universitet rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Sonda Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Günay Xəlilova tərəfindən tələbələrin sualları ətraflı cavabladırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti