TƏHSİLİN PEDAQOGİKASI VƏ METODİKASı KAFEDRASINDA NÖVBƏTİ TƏLİM
29.05.2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Təhsilin pedaqogikası və metodikası kafedrasında növbəti təlim keçirilib. “Motivasiya müəllim səriştəsinin gücləndirilməsinin üsul və vasitələri” mövzusunda olan təlimdə baş müəllim Rəfiqə İsgəndərova təlimin məqsədindən, ali təhsilin təlim prosesində müəllimlərin düzgün motivasiya metodlarından istifadənin əhəmiyyətdən, müəllim səriştəsinin gücləndirilməsinin üsul və vasitələrindən danışıb. Təlimdə müəllim səriştəsinin gücləndirilməsinin təhlili, çətinliklərin müəyyən olunması və motivasiyada təlim metodlarından istifadə bacarıqlarının inkişafı üçün effektiv strategiyaların qurulması mövzularına xüsusi diqqət yetirilib.
İştirakçılar müəllim səriştəsinin gücləndirilməsində differensiallaşdırma və interaktiv təlim metodlarından istifadə yollarını öyrənmək fürsəti əldə ediblər.