TƏHSİLİN PEDAQOGİKASI VƏ METODİKASI KAFEDRASINDA TƏLİMLƏR DAVAM EDİR

23 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Təhsilin pedaqogikası və metodikası kafedrasında növbəti təlim keçirilib. Kafedranın əməkdaşı Ş.Binnətova təlimin məqsədini açıqlayaraq qeyd edib ki, bu təlim ali təhsilin təlim prosesində müəllimlərin düzgün qiymətləndirmə metodlarından istifsadəsinin əhəmiyyətinin nəzəri-praktik bilik və bacarıqların keyfiyyətdə rolu haqqında geniş məlumat verir.

Təlimdə qiymətləndirmə üsullarının təhlili, çətinliklərin müəyyən olunması və qiymətləndirmədə təlim metodlarından istifadə bacarıqlarının inkişafı üçün effektiv strategiyaların qurulması mövzularına xüsusi diqqət yetirilib.

İştirakçılar qiymətləndirmədə differensiallaşdırma və interaktiv təlim metodlarından istifadə yollarını öyrənibr, real tədris situasiyalarında tətbiq imkanlarını təhlil ediblər.