Tələbə elmi cəmiyyətlərin hesabatları
2 dekabr 2014-cü il tarixində Gəncə Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin hesabat yığıncağı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Elm və texnika üzrə prorektor Pərvin Kərimzadə TEC-nin əsas məqsədi kimi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətini yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsini; tələbələrin elmi-texniki potensialının qorunub saxlanılmasını; magistr və bakalavr tələbələrin elmi- tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğun təşkil edilməsini ön plana çəkmişdır. Yığıncaqda Universitet TEC-nin sədri Sahil İbrahimlinin, fakültələr üzrə sədrlərin hesabatları dinlənilmişdir.
Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov və təşkilatın fəal üzvləri maraqlı sual və təkliflərlə çıxış etmişlər.
Tədbirin yekununda Pərvin Kərimzadə dekabr ayının sonunda keçiriləcək tələbə və magistrlərin konfransı haqqında məlumat vermiş, konfransın təşkilat komitəsi yaradılmış və iş planı müəyyənləşdirilmişdir.