TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI YENƏ DƏ ÖNDƏ
01 fevral 2015-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyəti Heydər Əliyev Mərkəzində “Gənclər günü” münasibəti ilə təntənəli yığıncaq keçirmişdir. Yığıncaqda Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədovun çıxışı da rəğbətlə qarşılanmışdır.
İqtisadiyyat fakültəsinin tələbəsi Orxan Məmmədov Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri seçiləndən sonra həqiqətən bu təşkilatın özündə, fəaliyyətində, tələbə gənclərin təşkilat ətrafında birləşməsində, müxtəlif məzmunlu tədbirlərin keçirilməsində, tələbələrin asudə vavtlarının səmərəli təşkilində ciddi dönüş yarandı. Məhz Heydər Əliyev Mərkəzində “Gənclər günü” münasibəti ilə təşkil olunmuş təntənəli yığıncaqda Tələbə Gənclər Təşkilatının əməyi yüksək səviyyədə qiymətləndirildi. Belə ki, Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı şəhər gənclər təşkilatlaı üzrə öndə dayandı, 2014-cü ilin ən kreativ təşkilat sədri kimi Orxan Məmmədov Gəncə şəhər İcra Hakimiyyətinin Başçisi cənab Elmar Vəliyev tərəfindən təltif olundu və qol saatı ilə mükafatlandırıldı.
Bu uğur gənclərimizi Prezidentimiz ətrafında daha sıx birləşməyə, dövlətimizin müstəqilliyi, vətənimizin möhkəmlənməsi uğrunda əzmlə mübarizə aparmağa, layiqli mütəxəssislər kimi yetişməyə ruhlandırdı.