TƏLƏBƏ PREZİDENT MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR

18194751_790626657760549_4187445279359463207_n

          Gəncə  ədəbi  mühitinin tarixində ilk hadisə olaraq, Oğuz Aydın 19 yaşından Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmişdir. 21 yaşlı gənc şair yaradıcılığında əldə etdiyi uğurlara görə president mükafatına layiq görülmüşdür.

          Oğuz Aydın oğlu Hacıyev 1996 – cı ildə ziyalı ailəsində anadan olmuşdur.Gəncə şəhərindəki Ş.İ. Xətai adına məktəbdə orta təhsil alıb. Hazırda Gəncə Dövlət Universitetinin IV kurs tələbəsidir. Təhslini davam etdirməklə yanaşı əmək fəaliyyətinə başlamış Oğuz Aydın Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə şöbəsinin əməkdaşıdır.

Bədii  yaradıcılığına  hələ orta məktəb illərindən başlayan  Oğuz Aydının ilk şeiri  respublikanın ədəbi orqanı olan “Ədəbiyyat” qəzetində dərc olunub. Dəfələrlə Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan  müəllimi”  qəzetində, “525 – ci qəzet” də, “Ədəbiyyat” qəzetində, “Ulduz”, “Gəncəqapısı” jurnallarında, müxtəlif ədəbi almanaxlarda şeirləri dərc olunub. “Dəniz və Qadın” adlı şeirlər kitabı “Yazıçı” nəşriyyatında dərc olunmuşdur.