TƏLƏBƏLƏR İNTELLEKTUAL FƏRDİ YARIŞDA

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə intellektual fərdi yarış keçirilib. Dəyirmi masa ətrafında keçirilən yarışın məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarıb, onların daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Fərdi sual-cavab formasında keçən yarışda universitetin filologiya, biologiya-kimya, iqtisadiyyat və idarəetmə fakültələrinin tələbələri iştirak edib.
İştirakçılar 20 sualı düzgün cavablandırmaq uğrunda aparılan mübarizəyə qoşulublar.
İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri : Ayşad Həsrətov I yerə,İslam Məhərrrəmov II yerə və Billurə Balamedova isə III yerə sahib olublar.

Qalib gələn gənclər digər müsabiqələrdə qalib gəlmiş gənclərlə birgə mükafatlandırılacaqlar.