Tələbələr narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
Gəncə Dövlət Universitetində «Narkotik vasitələrin , psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı birlikdə mübarizə aparaq» adlı tədbir keçirilib.
Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, professor-müəllim heyəti, tibb işçiləri, tələbələr və valideynlər iştirak ediblər.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə danışıb. Gənclərin zərərli vərdişlərdən qorunması və onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş yeni 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından ətraflı bəhs edib.
Tədbirdə Kəpəz Ailə Sağlamlıq mərkəzinin həkimləri – Tükəzban Məmmədova “Narkomaniyanın törətdiyi fəsadlar”, Tamella Məmmədova “Pis vərdişlərin sağlamlığa mənfi təsiri”, Gəncə şəhər Narkoloji dispanserin əməkdaşı Nurlana Rəhimova “ Ağ ölümə yox deyək”, GDU-nun Sosial fənlər kafedrasının müəllimi Ramin Əliyev “Narkotik vasitələrin , psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi əsasları”, Universitetin Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzularında çıxış ediblər.
Çıxışlarda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsindən və onun yayılmasının qarşısının alınmasından danışılıb, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikirlər irəli sürülüb.
Sonda narkotik vasitələrin yaratdığı fəsadlardan bəhs edən video-çarx nümayiş etdirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti