Tələbələr Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində.
Dekabrın 17 -də Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının və Xarici dillər fakültəsinin birgə təşkilatçılığı ilə tələbələrin Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinə ekskursiyası təşkil edildi. Ekskursiya zamanı tələbələr qədim Gəncənin tarixindən rəmzi mənada xəbər verən qapılar haqqında geniş məlumat əldə etdilər.
Məlumdur ki, həqiqi qapıların yalnız bir tayı Gürcüstanın Gelati monastrında uzun əsrlərdir ki, qənimət olaraq aparılan qiymətli eksponat kimi öz əsirlik varlığını davam etdirir. Bu bir tay qapı harada saxlanmasından asılı olmayaraq Gəncənin tarixinin bir səhifəsidir və bunu tələbələrimizin bilməsi olduqca vacibdir.
Tələbələr Qala Kompleksindəki dəyərli eksponantlarla yaxından tanış olduqca göz önündə calanan Gəncə əzəməti onların vətəndaş qüruruna boy verirdi.