TƏCRÜBƏÇİ TƏLƏBƏLƏRİN SINAQ DƏRSLƏRİ UĞURLA DAVAM ETDİRİLİR

Gəncə şəhər 31 nömrəli tam orta məktəbində Universitetin  Xarici dillər fakültəsinin Alman dili müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Esmira Əliyevanın Alman dili fənnindən 7-ci sinfində “Alış – veriş” mövzusunda sınaq dərsi keçirilmişdir.

Dərsdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Şahin Xurşudov, 31 nömrəli tam orta məktəbin direktoru İftixar Abdiyev, Təcrübə və Karyera şöbəsinin müdiri Cabbar Qarayev, Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev, Alman dili kafedrasının baş müəllimi Vüsalə Kərimova, məktəbin Tədris işləri üzrə direktor müavini Elçin Qurbanov, Alman dili müəllimi Pərvanə Hacıyeva, müəllim Mahnur Namazova və həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak ediblər.

Dərsin sonunda Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Şahin Xurşudov qeyd etdi ki, təcrübəçi tələbə Esmira Əliyeva dərsi müasir təlim metodlarına uyğun təşkil etmişdir. Dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.

Dərs yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.