Təcrübəçi tələbənin Ümumi tarixdən sınaq dərsi keçirildi

Mehti Mehtizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyindəTarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi İmanova Gülay Pərviz qızının 7b sinifində “Kilsənin yolları necə ayrıldı” mövzusunda sınaq dərsi keçirilmişdir.

Dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dosent Urfan Həsənov, Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Ümumi tarix kafedrasının müdiri dosent Vüsalə Veysəlova, təcrübə rəhbəri baş müəllim Səidə İsmayılzadə, orta məktəbin  tarix müəllimi və həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak edirdilər.

Dərsdə təcrübəçi tələbə Gülay İmanova qeyd etdi ki, Katolik kilsəsi ölkədə hökümranlıq edirdi. Ölkə ərazisinin xeyli  hissəsini kilsə mülkləri təşkil edirdi. 1517-ci ildə Martin Lüter kilsənin yenidən qurulması uğrunda mübarizənin başlanğıcını qoydu. Cəngavərlər isə kilsə torpaqlarına sahib olmaq  istəyirdilər. Eyni zamanda  Protestan  kilsəsi, Kolvin kilsəsi, reformasiyalarının yayılması və sair haqqnda təcrübəçi tələbə şagirdlərə ətraflı məlumat verdi.

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.

Dərsi yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.

Ümumiyyətlə, Gəncə Dövlət Universiteti ilə Mehti Mehtizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb- liseyin arasında uzunmüddətli elmi, pedaqoji və ictimai xarakterli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.