Təcrübəçi tələbənin fransız dilindən sınaq dərsi keçirildi

Mir Cəlal Paşayev adına  39 nömrəli tam orta məktəbdə Universitetin  Xarici dillər fakültəsinin Fransız dili müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Müjgan Məmmədovanın “Feillərin təsnifi” mövzusunda sınaq dərsi keçirilmişdir.

Dərsdə GDU-nin Təcrübə və Karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Xarici dillər fakültəsinin dekanı dosent Əjdər Əsgərov, Fransız dili kafedrasının müdiri dosent Məhərrəm Orucov, həmin kafedranın baş müəllimi Yaqut Abbasova və Fransadan olan həmin kafedranın stajçı müəllimi Benediete Fourrier, məktəbin Fransız dili müəllimləri Mətanət Zalova və Başxanım Quliyeva, həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak ediblər. Təcrübəçi tələbə açıq dərsdə mövzu ilə əlaqədar olaraq şagirdlərə geniş məlumat verdi, yer bildirən sözönlər haqqında test tapşırıqlarının qruplar arasında cavablandırılmasını tapşırdı. Qalib qruplar təcrübəçi tələbə tərəfindən qiymətləndirildi.

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.

Dərs yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.