Tələbələr Məhsəti Gəncəvi Mərkəzində ekskursiyada olublar

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə universitetin bir qrup  fəal gənclərinin  Məhsəti Gəncəvi Mərkəzində ekskursiyası təşkil olunub. Ekskursiya zamanı  tələbələr XII əsrdə yaşayıb yaratmış Məhsəti Gəncəvinin həyatı, ona  həsr olunan rəsm və sənət əsərləri ilə yaxından tanış olublar. Maraqlı eksponatlarla tanış olan  tələbələrə görkəmli  şairənin həyat və poeziyası  haqqında geniş məlumatlar verilib.

Sonda tələbələr ədəbiyyatımızın qədim dövrünün inciləri olan və   əsrlərlə yaşamaq səlahiyyəti qazanmış rübailəri ilə məşhurlaşmış  bu şairə qadının, Məhsəti Gəncəvinin abidəsi önündə xatirə şəkli çəkdiriblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti