Tələbələrimiz Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinə ekskursiya ediblər

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə  Fizika və texniki fənlər fakültəsinin fəal tələbələri Gəncə Qala Qapıları -Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinə ekskursiya ediblər. 

     Bələdçilərin müşayəti ilə tələbələr abidə kompleksi ilə yaxından tanış olublar. Bildirilib ki, bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır.

     Gəncə Qala Qapıları -Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində sərgilənən xalçalar, Şərq süfrə mədəniyyətinə xas çay dəstgahı, dulusçuluq, misgərlik sənəti nümunələri və digər eksponatlarla tanışlıq tələbələrin böyük marağına səbəb olub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti