Tələbələrin orta ümumtəhsil məktəblərində pedaqoji internatura və müəssisələrdə istehsalat təcrübəsi başlayıb

                      2023/2024-cü tədris ilində Gəncə Dövlət Universitetinin buraxılış kurs tələbələrinin orta ümumtəhsil məktəblərində pedaqoji internatura və müəssisələrdə istehsalat təcrübəsinin başlanması ilə əlaqədar iclas keçirilib.

         İclasda fakültə üzrə tərcübə rəhbərləri, ixtisaslar üzrə metodistlər, pedaqoqlar və tələbələr iştirak ediblər.

          Universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev  pedaqoji internatura və istehsalat təcrübəsinin başlaması münasibətilə tələbələri təbrik edib, onlara müvəffəqiyyətlər arzulayaraq məsuliyyətli olmağı tövsiyə edib.

          İclasda pedaqoji internaturanın mahiyyəti, görüləcək işlər, sınaq dərsləri haqqında məlumat verilib, eləcə də pedaqoji təcrübə rəhbərlərinə metodiki təlimat və tövsiyələrin verilməsi məsələsi müzakirə edilib.

          Qeyd edək ki, ikitərəfli müqavilələr əsasında fevral ayının 16-dan etibarən universitetin buraxılış kurs tələbələrinin Gəncənin orta ümumtəhsil məktəblərində pedaqoji internatura və digər təşkilatlarda istehsalat təcrübəsi təşkil edilib, təcrübəçi tələbələrə öz nəzəri biliklərini yaradıcı şəkildə tətbiq etmək üçün münasib mühit təqdim olunub.

        Təcrübədə olan tələbələr təhsil aldıqları dövrdə əldə etdikləri bilik və bacarıqlardan faydalanmaqla sınaq dərsləri aparır, təlim-tədris prosesi ilə bağlı məsələləri həvəslə öyrənirlər.

     GDU-nun bakalavriat və magistratura səviyyələri üzrə buraxılış kurs tələbələri orta ümumtəhsil məktəblərində, məktəbəqədər təhsil müəssisələrində, 60-a yaxın dövlət və özəl müəssisəsində  təcrübə keçəcəklər. Magistratura təhsil səviyyəsinin buraxılış kurs tələbələri aprel ayının 12-ə kimi Gəncə Dövlət Universitetinin ixtisas kafedralarında elmi pedaqoji və elmi tədqiqat təcrübələrində iştirak edəcəklər. Bakalavriat təhsil səviyyəsinin buraxılış kurs tələblərinin pedaqoji internatura və müəssisələrdə istehsalat təcrübəsi iyun ayının 5-dək davam edəcək.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti