Tempus CURDEUS layihəsi çərçivəsində beynəlxalq seminar.
19 noyabr 2014-cü ildə Gəncə Dövlət Universitetində Lodz Sosial Elmlər Universitetinin beynəlxalq münasibətlər kafedrasının müəlliminin iştirakı ilə “Avropa İttifaqı araşdırmaları üzrə kurrikulumların işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi”(“Curriculum Development and Capacity Building in the field of EU Studies”) adlı Tempus layihəsi çərçivəsində beynəlxalq seminar keçirilmişdir. Kurrikulumların təhlili prosesinin nəticələrinə həsr olunmuş seminar dinləyicilərin marağına səbəb olmuşdur.