TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri, eləcə də səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf edəcəyindən xəbər verir. Bu səfər ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq.

“Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir.  Biz, həmçinin Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən il avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq”. Bu fikirləri ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyantda qeyd olunub.

Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti baxımından tarixidir.

Bəyanatda o da vurğulanıb ki, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti