“TVİNNİNQ” LAYİHƏSI ÇƏRÇİVƏSiNDƏ TƏLİM

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Avropa İttifaqı arasında “Azərbaycan ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının (EHEA) tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə dəstək göstərilməsi” Tvinninq layihəsinə dair təlimlər davam edir. Növbəti təlim Azərbaycan Dövlət İqtisad Universitetinin Quba filialında baş tutmuşdur.        Təlim Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin vitse-prezidenti Helka Kekalainen, Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olunması üzrə Agentliyin prezidenti Heli Mattisen, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev və layihənin müşaviri Reijo Aholainen moderatorluğu ilə aparılırmışdır. Təlim əsasən nazirlik tərəfində təşkil olunmuş ekspertlər qrupunun 2016-cı ilin ilk həftələrində Finlandiya və Estoniyada baş tutacaq görüşün müzakirəsi, eləcə də üzümüzə gələn aylarda baş tutacaq pilot layihənin ilkin akkreditasiya nizamnaməsinin hazırlanmasına köklənmişdir.

Layihənin məqsədi Avropa ali təhsil məkanına inteqrasiya olunmaqla Azərbaycanda ali təhsil sisteminin daha da inkişaf etdirilməsindən ibarətdir. Burada Azərbaycan Respublikasının islahat proqramına uyğun olaraq Bolonya prosesinin prinsipləri çərçivəsində ali təhsil sektorunda islahatların aparılması, ali təhsil müəssisələrində keyfiyyətin artırılması və akkreditasiya sisteminin təkmilləşdirilməsi, təhsil, təlim və gənclər sahəsi üzrə Avropa İttifaqı və Azərbaycan arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlıq, mobillik və mübadilə proqramlarının artırılması nəzərdə tutulmuşdur.

Təlimdə Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Məmmədov Ruslan Həsən oğlu da Təhsil Nazirliyi tərəfindən seçilmiş “Boloniya eksperləri” qrupunun tərkibində iştirak etmişdir.