Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir

    Gəncə Dövlət Universiteti və Gəncə şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

   Öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

         Tədbirdə Musiqi fənləri kafedrasının müdiri Sevda Qurbanəliyeva, Pedaqoji fakültənin professor-müəllim heyəti, təcrübəçi tələbələri, Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, 1 saylı orta məktəbin direktoru Nüşabə Məmmədova, orta məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

    Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin gənclərə nümunə olan şərəfli həyat yolu, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı danışıblar. Qeyd edilib ki, ölkəmizdə dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun sürətlə artması məhz Ümumilli Lider Heydər Əliyevin yorulmaz və səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

   Tədbirin davamında tələbələrin  və şagirdlərin ifasında Ulu Öndərə həsr olunan şeirlər səsləndirilib və vətənpərvərliyə aid mahnılar ifa edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti