Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş  dəyirmi masa keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş  dəyirmi masa keçirilib.

 Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

    Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.

     Unversitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında Ulu öndər Heydər Əliyevin çox şaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıb. Prorektor bildirib ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Çünki xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib.  30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Artıq Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da tam təmin edilib.

      Daha sonra İqtisadiyyat və idarəetmə fakültəsinin  dekanı Məsim Abadov “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”,  Menecment və turizm işi kafedrasının müdiri  Əli Allahverdiyev “Heydər Əliyev mürəkkəb situasiyalarda düzgün strateji qərarların müəllifidir”, İdarəetmə kafedrasının baş müəllimi Həcər Orucova “Heydər Əliyevin stabillik və inkişaf strategiyası”, İdarəetmə kafedrasının baş müəllimi Şəlalə Həsənova “Azərbaycanın iqtisadi inkişafı və Heydər Əliyev irsi”,  İqtisadiyyat kafedrasının müəllimi Emilya Əsgərova “Heydər Əliyev irsi və müasir Azərbaycanın iqtisadi qüdrəti”, Menecment və turizm işi kafedrasının müəllimi Səfurə Hüseynova “Bir cümləlik ömür: sözün və iradənin vəhdəti” mövzularında çıxış ediblər. Həmçinin  Mühasibat ixtisasının II kurs tələbəsi Banuçiçək Quliyeva “Ulu bir sərkərdə, Ulu bir öndər” şeirini səsləndirib.