“Universidad Católica San Antonio de Murcia” Universitetində (2023-2024) qısa müddətli təcrübə proqramı

Hörmətli Administrativ heyət,   

Gəncə Dövlət Universiteti Erasmus+  KA1 beynəlxalq kredit mobilliyi proqramı vasitəsilə İspaniyanin “Universidad Católica San Antonio de Murcia” Universitetində (2023-2024) qısa müddətli təcrübə keçmək üçün müraciətlərin qəbul olunduğunu elan olunur. Heyət həftəsi 22-25 aprel 2024-cü ildə baş tutması gözlənilir.    

Erasmus+ Universidad Católica San Antonio de Murcia müraciət prosedurlarını aşağıdakı kimidir: 

Administrativ heyət üçün tələb olunan sənədlər:

  • Pasport
  • Motivasiya məktubu
  • İngilis dili biliyi sənədi (TOEFL, IELTS, Universitetin ingilis dili imtahanı, YDS, YOKDIL və ya ÖSYM tərəfindən qəbul edilən imtahanlar)
  • Namizədlər Universitetin aidiyyatı komissiyasından müsahibədən keçməlidirlər (Burada ingilis dil biliyi və fəaliyyəti qiymətləndiriləcəkdir).

Müraciət və əlavə məlumat üçün kontaktlar :

E-mail: info@gdu.edu.az

Təqaüd: Xərclər UCAM San Antonio de Mursiya Universitetinin layihə büdcəsi tərəfindən qarşılanacaqdır. 

Ərizənin göndərilməsi üçün son tarix 31 yanvar 2023-cü ildir.