Universitetdə icbari tibbi sığorta ilə bağlı tədbir keçirilmişdir

Gəncə Dövlət Universitetində professor-müəllim heyətinin iştirakı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Gəncə filialı ilə birlikdə maarifləndirici tədbir keçirilmişdir. Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevanın və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Gəncə filialının rəhbəri Azər Dəmirovun iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik süükutla yad edilmişdir. Sonra universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək prezident İlham Əliyevin İcbari Tibbi Sığorta ilə əlaqədar imzaladığı fərmanlarla bağlı ətraflı məlumat vermişdir. Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Gəncə filialının rəhbəri Azər Dəmirov çıxış edərək İcbari Tibbi Sığortanın respublikamızdakı tətbiqindən, səhiyyə sistemindəki islahatlardan və icbari tibbi sığortadan əhalimizin yararlanması qaydalarından geniş məlumat vermişdir. Tədbirin sonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Gəncə filialının rəhbəri iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.